Aprelin 3-ü səhər saatlarında Almaniyanın vitse-kansleri Robert Habek alman biznes nümayəndələrindən ibarət kiçik nümayəndə heyəti ilə Kiyevə gedib.
Yenisabah.az “Handelsblatt”a istinadla xəbər verir ki, Habek Ukraynaya siyasi danışıqlar üçün gedib.
Almaniyanın vitse-kansleri və alman biznesinin nümayəndələri Ukraynanın bərpası və enerji sektorunda əməkdaşlığı müzakirə edəcəklər. pizza
“Səfərin məqsədi Ukraynaya aydın siqnal verməkdir. Onun qələbəsinə inandığımıza, onun bərpa olunacağına işarə etmək, Avropa təkcə çətin anda dəstək verməkdə deyil, həm də ona dəstək verməkdə maraqlıdır. Biz Ukraynanın gələcəkdə də iqtisadi cəhətdən güclü tərəfdaşı olacağıq”, – deyə Habek Kiyev dəmir yolu vağzalına gəldikdən sonra bildirib.
Telegram kanalımız