Amerikalı aktrisa Vupi Qoldberq Holokost haqqında açıqlamasına görə "ABC News"un "The View" tok-şousundan uzaqlaşdırılıb.
Yenisabah.az "The Hollywood Reporter"ə istinadla xəbər verir ki, şou "səhv və təhqiredici şərhlərinə görə 2 həftə müddətinə dayandırılıb.
"Vupi üzr istəsə də, mən ondan şərhlərinin təsiri barədə düşünməsini və öyrənməsini xahiş etdim. Bütün ABC News təşkilatı yəhudi həmkarlarımız, dostlarımız, ailəmiz və icmalarımızla həmrəydir,” - "ABC News"un baş direktoru Kim Qodvin sənətçinin qeydlərinin yayımçının dəyərlərinə uyğun olmadığını qeyd edib. Dominos pizza
Aktrisa bir müddət əvvəl Holokostun “ağ irqin üstünlüyü” ilə bağlı deyil, “insanın insana qeyri-insani münasibəti ilə bağlı” baş verdiyini bildirib. Buna cavab olaraq bir çoxları onu antisemitizmdə və Holokostu inkar etməkdə ittiham ediblər.
Telegram kanalımız