Fevralın 4-də Cənubi Karolina sahillərində ABŞ qırıcısı tərəfindən vurulan şübhəli Çin casus şarının mühüm elektron hissələri, o cümlədən kəşfiyyat məlumatlarının toplanması üçün istifadə olunduğu güman edilən sensorlar tapılıb.
Yenisabah.az xəbər verir ki, ABŞ Şimal Komandanlığının bəyanatında deyilir: "Ekipaj hadisə yerindən bütün prioritet sensorlar və elektronika da daxil olmaqla, əhəmiyyətli miqdarda dağıntıları çıxara bilib".
Kəşfiyyat məlumatlarının toplanması üçün nəzərdə tutulduğu iddia edilən Çin balonu prezident Co Baydenin atəş əmr etməzdən əvvəl bir həftə Kanada və ABŞ-ın üzərində uçub. Dominos pizza
Telegram kanalımız