Vüsalə Əlizadə: “Ailəmin dağılmasında mənim bir qram səhvim olmayıb“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Vüsalə Əlizadə: “Ailəmin dağılmasında mənim bir qram səhvim olmayıb“ - Video

Şou

05 İyul 2021 17:33 3285


Tanınmış teleaparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər Zahidlə boşanması barədə danışıb.

Yenisabah.az xəbər verir ki, aparıcı ARB telekanalında yayımlanan "Onun sirri" verilişində qonaq olub. O, ailəsinin dağılmasında günahının olmadığını bildirib:

"Artıq 9 il olur ki, boşanmışıq. Diləyin bir yaşında ayrıldıq. İndiyə qədər mən o insanla bağlı heç vaxt heç yerdə bir xoşagəlməz ifadə, kəlmə belə işlətməmişəm. Heç nə bu mövzuda məni danışdıra bilməz, ad belə çəkmirəm. Adım yersiz hallanıb, təhqirli tərəflərlə hallanıb. Mən bu vaxta kimi susmuşam. Diləyə görə susmuşam”. Toyuqlu pizza

Aparıcı vaxtilə həyatını riskə ataraq övladını dünyaya gətirdiyini açıqlayıb:

“Onun da ailəsi, həyatı var. Mən övladımla çox xoşbəxtəm. Yaxınlarım, qohumlarım, məni tanıyan hər kəs bilir ki, ailəmin dağılmasında mənim bir qram səhvim olmayıb. Sadəcə biz anlaşmamışıq və bütün problemlərimiz də burdan başlayıb. Mən sağlığımı təhlükə altına atıb övlad dünyaya gətirmək üçün ölümümə imza atan qadınam. Böyrək köçürmə əməliyyatından sonra ilk qadınam ki, övlad dünyaya gətirmişəm. Çox qadınların riskə getmədiyi şeyi mən etmişəm. Mən ailəmi qorumaq üçün hər riskə getmişdim".

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!