ATV-də yayımlanan və aparıcılığını Vüsalə Əlizadənin etdiyi "7 Canlı" verilişinin yayımı yenidən yarımçıq kəsilib.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, proqramın qonaqları müğənnilər Şəbnəm Tovuzlu, Tərlan Novxanı və Ceyhun Sazmen olub.
Tərlanın ifasından sonra verilişin yayımı dayanıb. Daha sonra reklamlar və anonslar yayımlanıb. Dominos pizza
Məsələ ilə bağlı Şəbnəm Tovuzlu "Instagram"da paylaşım edib: "Texniki səbəbdən veriliş kəsildi".
Qeyd edək ki, bundan əvvəl də "7 Canlı" verilişinin yayımı dəfələrlə yarımçıq kəsilib.
Telegram kanalımız