Vüsalə qəzada həlak olan qardaşından yazdı: “Təbrikimi cənnətə necə göndərim?“

saytların hazırlanması

Evə çatdırılma

Vüsalə qəzada həlak olan qardaşından yazdı: “Təbrikimi cənnətə necə göndərim?“

Şou

21 Sentyabr 2021 09:22 818


Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə vəfat edən qardaşı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, bu gün 33 yaşı tamam olan qardaşına təbrik yazıb:

"Bu gün sənin günün. Allahım səni 5 bacıya ərməğan verdi. Uşaqlığımın ən böyük arzusu, qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, “paşam”…. Vətən, torpaq aşiqi igidim. Doğum günün mübarək. Bacısının bir dənəsi, sənə uzun ömür, can sağlığı, yüksək rütbələr, bol şans arzu edirəm. Allah səni xətadan, bəladan uzaq etsin. Bacısının nəfəsi, körpəsi, sonbeşiyim. Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin, İnşallah. Qardaşımın 33 yaşı tamam olur, ay camaat. Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm? Kömək edin, nə olar. Gün bitir, gecikir, sonra küsər bacısından". pizza mizza

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!