Xaçmaz polisinə 3 ədəd sənədsiz silah təhvil verildi

Xaçmaz polisinə 3 ədəd sənədsiz silah təhvil verildi

Digər Veb saytların hazırlanması

20 Noyabr 2023 22:50 453


Xaçmaz polisinə 3 ədəd sənədsiz silah təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!