Xaçmazda avtomobil su hovuzuna düşdü, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda avtomobil su hovuzuna düşdü, sürücü öldü

Hadisə

11 İyul 2026 16:32 86


Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. pizza sifarişi

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Rafiq Paşa oğlu Kərimovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!