Xaçmazın yeni icra başçısı küçədə sakinlərlə görüşdü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazın yeni icra başçısı küçədə sakinlərlə görüşdü - Foto

Sosial

10 Noyabr 2019 09:34 2502


Xaçmazın yeni təyin olunan icra başçısı Elnur Rzayev vətəndaşlarla görüşüb.

"Yeni Sabah" xəbər verir ki, Elnur Rzayev Xudat sakinləri ilə görüşüb və onların problemlərini dinləyib. 

Bir-bir sakinlərlə söhbət edən icra başçısı vətəndaşların problemlərinin həll edilməsi ilə bağlı göstərişlər verib.  pizza

Qeyd edək ki, prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən onlara göstərişlər vermişdi:

"Siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm". /azxəbər.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!