“Xalamın telefonunu oğurlamışdım” - Röyadan şok etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Xalamın telefonunu oğurlamışdım” - Röyadan şok etiraf

Şou

24 Aprel 2021 19:25 854


Xalq artisti Röya Ayxan etdiyi etiraflarla yenə hamını təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, Xəzər TV-də efirə gedən "Danışan cavab" verilişinin qonağı olan müğənni uşaqlıq illərindən danışıb.

Ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşadığını xatırladan Röya uşaqlıq illərininin çətin keçdiyini deyib: "Uşaq olanda heç bir arzum həyata keçmədi. Bir dəfə təzə nəsə almadılar ki, camaata göstərib qürrələnim. Uşaqlara göstərməyə təzə heç nəyim olmayıb". Marqarita pizza

Röyanın sözlərinə görə, maddi sıxıntılar onu uzun illər təqib edib: "Trioda oxuyanda da kasıb idik. Natavanla Elnarənin telefonu vardı. Onlardan geri qalmamaq üçün bir dəfə xalamın "Matorolla" telefonunu oğurladım. Həmin gün telefon əlimdə bütün şəhəri gəzdim ki, hamı görsün. Həmişə o günləri xatırlayanda qəribə hisslər keçirirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!