16 Avqust - 11:22
Xalq artisti: “Bir müddət efirə çıxmasan dünya dağılmaz“

Xalq artisti: “Bir müddət efirə çıxmasan dünya dağılmaz“

Mədəniyyət

05 Avqust 2022 16:41 987


“Şəxsi həyatımı qabarıq şəkildə göstərməyi sevmirəm. Hər bir sənət adamının gözəl ailəsi olmalıdır, mən də bu sarıdan özümü çox xoşbəxt hesab edirəm. Bir müddət efirə çıxmasan dünya dağılmaz, ailəni mütləq qorumalısan”.

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Simarə İmanova deyib.

Sənətkar uzun illər öncə Opera və Balet teatrından məhz ailəsinə və işlərinin çoxluğuna görə çıxdığını bildirib.

O deyib: “2 dəfə Leyli rolunu oynamışam. Ən gənc Leyli olmuşam. Tərəf müqabilim də xalq artisti Mənsum İbrahimov olub. Ailə həyatı qurdum, uşaqlar dünyaya gəldi, qayğılarım artdı. Mən də diqqəti ailəmə, övladlarıma göstərmək istədim. Çalışırdım ki, həm ailəm, həm də işim olsun. Bunların hamısını eyni vaxtda əldə saxlamaq çətindir”.

O, efirə az çıxmasının səbəblərini açıqlayıb:

“Tamaşaçı intizarda qalmalıdır, gözü səni axtarmalıdır. Bu gün bir sənət adamı kimi, pedaqoji fəaliyyətlə məşğulam, Mədəniyyət və İncəsənət Universitetində tələbələr yetişdirirəm. Bütün bunlara görə də efirlərə çıxmağa vaxtım olmur. Gözəl verilişlərimiz də çoxdur. Aparıcı savadlı, mükəmməl olmalıdır ki, onun hər bir sözündən tamaşaçı nəsə götürsün. Biri var evlərə girmək, biri də evdə insanların qəlbinə girmək. Aparıcı qəlbə girməlidir, qəlbdə olmalıdır, ona tamaşaçıların sonsuz sevgisi, rəğbəti olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!