Xalq artisti: Çox içirdim, tövbə etdim

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: Çox içirdim, tövbə etdim

Şou

03 Dekabr 2024 17:16 1279


Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, içkiyə 1996-cı ildə tövbə edib:

“O da bir doğuluş idi. Tövbə etdim. Həddindən artıq çox içirdim. İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və s. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim. Rektorumuz demişdi ki, Tədris Teatrında qalıb işləyərsən. Onda evli idim, oğlum var idi. Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər. Lakin işə götürmədilər. Pepperoni pizza

1 il Tədris Teatrına getdim, maaş almadan. Sovet dağıldı. Bizim də yaradıcı enerjimiz yığıldı içimizə. Özümüzü necə sakitləşdirə bilərdik?!

Haradasa 28 ildir tərgitmişəm. Bəlkə də tərgitməsəydim, ölərdim. 2022-ci ildə ürək əməliyyatı da keçirdim. Sağ olsunlar DTX-nın poliklinikasının həkimləri, məni həyata qaytardılar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!