Xalq artisti əsəbiləşdi -   Mədəniyyətimizi bərbad günə qoymayın

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti əsəbiləşdi - Mədəniyyətimizi bərbad günə qoymayın

Şou

21 Mart 2026 12:14 351


“TikTok, instagram, yutubda olan mahnılar çox bərbaddır. Ürək sındırmadan da artıq keçib. Məni bağışlayın, amma gerçəkdən bərbaddır”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Qonaqcanlı” verilişində deyib. İfaçı süni intellektlə mahnı bəstələyənləri qınayıb:

“Məclislərin birində gördüm ki, yanımda süni intellektlə mahnı bəstələnir. Düzdür, səsimi çıxarmadım, amma bəstəkarlarımız konservatoriya bitiriblər. Bu, asan deyil. Masa arxasında çala-çala mahnı bəstələyirlər. Yerindəcə sözlər də yazılır. İnanın ki, bu qədər asan deyil. Oxuyun, pulunuzu qazanın, amma xahiş edirəm, mədəniyyətimizi bərbad günə qoymayın”. pizza sifarişi

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!