Xalq artisti: “Evdə oturduğum halda radara düşdüyüm barədə mesaj gəldi“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: “Evdə oturduğum halda radara düşdüyüm barədə mesaj gəldi“ - Video

Şou

22 İyun 2021 16:47 1082


Xalq artisti Aygün Bayramova yol hərəkəti qaydalarını pozmasa da, cərimə SMS-I aldığını deyib.

Yenisabah.az  xəbər verir ki, bu barədə məşhur xanəndə “Fatehin Divanı” proqramında danışıb:

“17 ildir avtomobil idarə edirəm. Mayın 28-də heç evdən çıxmamışam. Oturduğum anda mənə SMS formasında radara düşməyim barədə məlumat gəldi. Hansı küçədə olması, pozduğum qayda və digər məlumatlar verildi. Diqqətlə baxdım, səhv var idi. Mənim nömrəmlə başqası qarışdırılmışdı. Bir hərfə görə... “Gelandewagen” markalı avtomobil idi. Müraciət etdim ki, məsələni aydınlaşdırsınlar. 17 il ərzində qaydaları öyrənmişəm, adi parklanmaya belə diqqət edirəm”. Sezar pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!