Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl həmkarları mərhum Xalq artisti İlhamə Quliyeva və Əməkdar artist Elza Seyidcahanla aralarında yaşadığı qalmaqaldan söz açıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.
Aparıcı Zaur Nəbioğlunun “Hansı xanımla yaşadığınız qalmaqala görə məyus olmusunuz” sualına Dostəliyeva belə cavab verib: Sezar pizza
“Elza bir səhv etmişdi. O etdiyi səhvi boynuna aldı. Elza bizə qonaq gəlib, təsdiq etdi ki, əsəbiləşdi, buna görə də yalnış sözlər söyləyib. Həmin hadisə baş verəndə heç bir cavab da vermədim, susdum və getdim”.
Nazpəri bildirib ki, onunla düşmənçilik edən İ.Quliyevanı bağışlayıb:
“İlhamə Quliyevanın mənə qarşı çox böyük səhvi vardı. Sonda məndən halallıq istədi ”.
Telegram kanalımız