Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Qonaqcanlı” verilişində danışıb.
Proqramın aparıcısı Aytəkin Mərdanova deyib: “Aylarla bunu gizlədib. Qızı Nigar deyir ki, anam telefonla danışırdı, elə bildik gülür. Amma gördük rəngi dəyişdi, halı pisləşdi”. Toyuqlu pizza
Qızı İntizar isə aparıcının bu açıqlamasına əlavə edib: “Çox qorxduq, sarsıntı keçirtdik. Allah heç bir övlada bunu yaşatmasın. Sağalması 6-7 ay çəkdi”.
F.Mahmudova səhhəti ilə bağlı danışarkən bildirib: “Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə vəziyyətimin belə olduğunu bildirmədim”.
Telegram kanalımız