Xalq artisti: Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi

Şou

13 May 2024 17:58 697


"Sovet aktrisasıyam, biz dözürük".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bunu xalq artisti Həmidə Ömərova deyib.

O əlavə edib: "Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, 4-5 yerdə işləmişəm. pizza sifarişi

Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən 1 yerdə 4 yerdə işləməyimin maaşını alsaydım, niyə ordan ora, burdan bura qaçım?

Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim... Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Aktyorlar Gildiyasının sədri kimi etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!