"Ümumiyyətlə, həyatda da, sənətdə də riskə getməyi çox sevirəm".
Yenisabah.az Moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Firəngiz Mütəllimova deyib.
Akademik Milli Dram Teatrının aparıcı aktrisası əlavə edib: "Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipində çəkilmişdim, risk etmişdim. Hamı fikirləşirdi ki, görəsən necə olacaq. Mənim yerimə həyəcanlanırdılar. Amma çox yaxşı qarşılandı. Pepperoni pizza
"Bacanaqlar" serialında çəkildim, 10 il davam etdi. O vaxt serial çəkilmirdi. Hamı tənqid edirdi ki, niyə çəkilirsən... Sonra hamı orada çəkilməyə başladı. Bir yaxın dostumuz zarafatca Yaşar Nuriyə demişdi ki, get, o qızı ordan çıxar, "Bacanaqlar" serialında çəkilir. Sonra gördüm ki, özü də çəkilir..."
Telegram kanalımız