Flora Kərimova "O üz" proqramında Faiq Ağayev barədə danışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, Xalq artisti uzun illər küsülü olduğu həmkarı barədə deyib:
"Onun itirdiyi çox oldu. Arada yenə məni "çimdikləmək" istədi. Yerində oturtdum. Sən Faiq, birinci dəfədir bu haqda deyirəm, hansı vicdanla dedin? Düşünmədin ki, səni elə pərt edərəm. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm. Marqarita pizza
Kiminsə xoşuna gəlmək istəyirdi. O dövrdə o çevrədən hansısa dəstəyi gözləyirdi. Niyə bunu etdin, Faiq? Nə vadar etdi səni? Nə vadar etdi ki, ağzımı açdın? Mən həmişə müdafiə olunmuşam, heç vaxt hücum etməmişəm".
Telegram kanalımız