Xalq artisti oğluna qız axtarır

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti oğluna qız axtarır

Şou

23 Mart 2026 11:09 503


Xalq artisti Brilliant Dadaşova oğlu Cahaddan danışıb.

"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, "Qonaqcanlı" verilişində olan müğənni övladının ailə qurmaq istəyi ilə bağlı sualları cavablandırıb:

"Gərək xasiyyəti uyğun gəlsin. Həm zahiri görünüşünü bəyənsin, həm də intellektual səviyyəsi olsun. Onun üçün bunlar önəmlidir. Fikirləri başqadır. Düşünmür ki, evlənmək xatirinə evlənəsən. pizza hut

O deyir, çox yanında olmaq istədiyin insan olmalıdır ki, onunla evlənəsən. Hər gün görmək istədiyin olsun. Əslində çətin xasiyyəti yoxdur, sadə uşaqdır. Sadəcə bizim adət-ənənlərimizlə uyğun deyil. Balaca olanda deyirdi ki, sən kimi istəsən, onu alacağam. İndi demir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!