Xalq artisti başına gələni danışdı: Qorxu, həyəcan, ağlamaq...

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti başına gələni danışdı: Qorxu, həyəcan, ağlamaq...

Şou

29 İyun 2026 17:44 97


Gülyanaq Məmmədova bir müddət panik ataqdan əziyyət çəkdiyini etiraf edib.

“Yeni Sabah” xəbər verir ki, Xalq artisti pandemiyadan sonra bu problemin daha çox üzləşdiyini bildirib.

Onun sözlərinə görə, əvvəlcə simptomların virusun fəsadları olduğunu düşünüb: Pepperoni pizza

“6 ay çox ağır əziyyət çəkdim. Elə bilirdim virusdan sonra tam sağalmıram. Sonradan məlum oldu ki, panik ataq keçirirəm. Nəfəs darlığı, boğulma hissi, kürək və qollarda ağrılar, səbəbsiz qorxu, həyəcan, oturduğun yerdə ağlamaq... Baxırsan hər şeyin var, xoşbəxtsən, amma heç nə səni sevindirə bilmir”.

Gülyanaq Məmmədova qeyd edib ki, həmin dövrdə gecələr yata bilməyib və həkimlərin köməyi sayəsində bu çətin mərhələni geridə qoyub:

“O çətinliklər mənə göstərdi ki, insan bir anda hər şeyini itirə bilər. Buna görə də təkəbbürdən uzaq olmağa çalışıram. Bizə verilən hər şey Allahın qismətidir, səs də, ruzi də, bəxt də. Bir saniyədə səs də gedə bilər. Ona görə insan heç vaxt 'mən, mən' deməməlidir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!