Xalq artistindən Eltona xəbərdarlıq: “Oğul, sən hələ o səviyyədə deyilsən!”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən Eltona xəbərdarlıq: “Oğul, sən hələ o səviyyədə deyilsən!”

Şou

03 Dekabr 2025 17:13 26584


“Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzür istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan insanın duyğularırını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Elton Hüseynəliyevin onun haqqında səsləndirdiyi fikrlərə cavab olaraq yazıb.

İfaçı bildirib ki, oxuduğu mahnıların səviyyəsində Eltonun ustadları da oxuya bilməz: Dominos pizza

“Sənətim barədə danışmağa, mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə, sizin dilinizlə deyim Elton, o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində təkcə sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

Elton, “elə demək istəməmişdim” deyəcəksiz, mənəvi gücünüz çatacaqsa, üzr də istəyəcəksiz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə "oğlum" deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz.

Bir də, oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı da başa düşəcəksiniz. Öpürəm, oğul”.

Qeyd edək ki, Əməkdar artist Elton Hüseynəliyev “Flora Kərimovanın 500 mahnısının 100-ü yağ-baldır, 400-ü isə “dəxilsizdir” sözlərini demişdi. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Suraya
    Çox maraqlıdır, mən Flora xanımın demək olar ki bütün mahnılarını əzbər bilirəm. Görəsən hansıdır o "dəxlisiz " mahnı?
    5 months ago
  • Mirzə
    Bu Eltonu hansı istedadına görə əzizləyirlər, bilmirəm. Flora xanım tam haqlıdır!!!
    5 months ago
  • Şamil Məmmədov
    Flora Xanım dahi sənətkardır, millətimizin fəxridir. Onu və ya sənətini müzakirə edib dəyərləndirmək bizim həddimizə deyil.
    5 months ago
  • Gülzar
    Gözəl sənətkarımız Flora xanım nə gözəl verib bu eltoncikin cavabını! Görəsən heç utanıb xəcalət çəkirlər? Axı indiki mugənniciklərin həddi deyil o sənətkarı müzakirə etmək! Hələ bir siz gəlin o səviyyəyə çatın (heç çata da bilməzsiniz) . Allah Flora Xanıma sağlam ömür versin!!
    5 months ago