Xalq artistindən sərt sözlər: “O sənətçilər qələt edər bir də...”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən sərt sözlər: “O sənətçilər qələt edər bir də...”

Şou

19 İyul 2022 11:48 24260


“Bu gün incəsənətdən danışan yoxdur. Musiqiçiyə yaraşarmı çıxıb efirdə həmkarını təhqir eləsin?”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Naibə Allahverdiyeva şou-biznes aləminin bugünkü durumu barədə danışarkən deyib:

“Bunu başa düşmürlər, dünən çıxan “üç badam, bir qoz” oxuyan ifaçı çıxıb efirdə illərin sənətkarını təhqir edir. Televiziya rəhbərləri buna necə icazə verir? İllərlə ömrünü, gününü bu sənətə həsr etmiş, bir daha onun kimisi gəlməyəcək sənətçini Azərbaycan incəsənətini bərbad edən birisi təhqir edir. Hamı da buna susur. Sovet dövründə belə şey ola bilərdimi?! Bizim dediyimiz hər bir cümlə ələkdən keçirdi, sonra bunu efirdə deyirdik, çünki televiziya insanları maarifləndirməlidir”. Marqarita pizza

Aktrisa teatrla şou-biznes arasında böyük fərq olduğunu bildirib:

“Yaxşı ki, teatr var. Biz musiqiçilərdən fərqlənirik, dünyaya başqa gözlə yanaşırıq, quru maaşa işləyirik ki, təki tamaşaçı bizi alqışlasın, razı qalsın. Teatr tamam başqa aləmdir, teatr həyatdır. Teatr aktyorlarının düşüncə tərzi tamamilə başqadır, çünki onlar savadlıdırlar. İldə 4-5 əsər oxuyurlar, tarixi, ədəbiyyatı bilirlər, dünyagörüşləri var.

Müğənnilər də bu cür olmalıdırlar. Nə olsun şou əhlisən? Bir az oxu, öz üzərində işlə, xarici müğənniləri izləyin, görün onlar necə fikirlər söyləyirlər, adam məəttəl qalır”.

Xalq artisti bəzi sənətçilərin sosial şəbəkələrdə bir-birini təhqir etməsinə sərt reaksiya verib:

“Bir də görürsən, “TikTok”da canlı yayımda bir-birlərinə nələr deyirlər, təhqirlər yağdırırlar. Ayıbdır, vallah... Guya incəsənət adamıdırlar, ağızlarına gələni danışırlar. Bu sizə yaraşarmı? Bütün bunlardan sonra baxırsan ki, tamaşaçı ona “TikTok”da “hədiyyə” göndərir. Mən sadəcə şokdayam. Onda belə çıxır ki, tamaşaçı özü sənət adamının belə olmağını istəyir?! Əgər tamaşaçı onu bu hərəkətinə görə qınasa, ona “hədiyyə” yollamaqdan imtina etsə, həmin sənətçi qələt edər bir də o hərəkəti eləməz. Bilirsiniz, bu gün hər şey sanki tərsinə çevrilib. Vaxtilə biz olduğumuz məkana Xalq artistləri gələndə ayağa qalxırdıq, onlara hörmət, ehtiramımızı göstərirdik. İndi heç kim heç kimi saymır. Kiminsə beş-üç manat pulu var, Xalq artisti gəlir heç onu saymır, yanından vızıltı ilə keçir. Nə var- nə var onun “Youtube”da, “İnstagram”da xeyli izləyici sayı var. Bu gün sosial şəbəkələrdə yalandan izləyici yığmağa nə var ki? Pulunu verib panel qoşdurursan, olur minlərlə “izləyicin”. Bununla öyünmək lazım deyil”.  

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!