Xalq artistinin ölmüş oğluna kim sahib çıxdı?

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin ölmüş oğluna kim sahib çıxdı?

Şou

06 May 2023 12:42 1087


Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.  

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, Xalq artistinin mərhum oğlunun nəşinə sahib çıxan və dəfn etmək istəyən könüllü tapılıb.  

"Yeni Baxış İctimai Nəzarət Cəmiyyəti"nin mətbuat katibi Vüqar Əmirov Çingiz Aslanovu müsəlman adəti və üsulu ilə dəfn etmək istədiyini bildirib. Əlaqədar qurumlara səslənən Vüqar Əmirov öz hesabına mərhumu Türkan qəbirstanlığında torpağa tapşırmaq istəyir: Dominos pizza

"Türkan bələdiyyə sədri Böyükağa Yarıyevə də müraciət etdim. O, da təşəbbüsümü bəyəndi və dəstək göstərəcəyini qeyd etdi. Mən Xalq artisinin oğlunun kimsəsizlər qəbirstanlığında dəfn edilməsini istəmirəm. Onun atası illərini və ömrünü bu xalq üçün fəda edib. Siyavuş Aslan xalqın adını daşıyır. Biz də xalqın övladıyıq. Lazım olarsa Hacı Ağa Abdullayevin yanında və ya istənilən yerdə onu dəfn etməyə hazıram. Narkoman, alkaş, yaxud tufeyli olsa da, o, bir insandır və haqq dünyasındadır.  

Mən ona sahib dururam və gücüm çatan qədər nə lazımdırsa etməyə hazıram. Siyavuş Aslan sağ olarkən onun ətrafında olan insanlar qaçıb gizlənib. Çingiz Aslanov hər kim olsa da, bu gün Xalq artistinin adın daşıyır. Hesab edirəm ki, xalq olaraq onu müsəlman adət-ənənəsinə uyğun olaraq dəfn etmək lazımdır", - deyə Vüqar Əmirov bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!