Xalq artistinin qardaşın döydülər - FOTO
09 Avq 2020 11:27
626

Xalq artistinin qardaşın döydülər - FOTO

Sumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.

1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb. Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər