Xalq artistinin qızından Flora Kərimovaya cavab - “Dedikləri həqiqət deyil“

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin qızından Flora Kərimovaya cavab - “Dedikləri həqiqət deyil“

Şou

14 Mart 2019 19:58 1270


Əfsanəvi xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova xalq artisti Flora Kərimovaya cavab verib.

Sənətkarın qızı bildirib ki, atasının Flora Kərimovanın Həsənağa Turabovun onu sevməsi barədə dedikləri həqiqəti əks etdirmir:

"Atamın Flora Kərimovanı sevməsi ilə bağlı yaxın vaxtlara qədər nə mən, nə də ailəmiz eşitməyib. Atamla anam bir məktəbdə oxuyublar. Atam anamı sevib. İkincisi, Flora xanıma böyük hörmətim var, biz onun mahnıları ilə böyümüşük. Anam da ona hörmətlə yanaşır. İnanmaram ki, belə bir söhbət olub. Bütün qohumlar bilirdi ki, babam anamı atama vermək istəməyib, atam da anamı qaçırdıb. Anamla atam nişanlı olublar. Sonradan babam deyib ki, bakılıya qız vermirəm. Anam əslən Şuşadandır. Anamı qaçırandan sonra özlərinə "komsomol toyu" ediblər".  pizza mizza

Qeyd edək ki, Flora Kərimova ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində H.Turabovun onu sevdiyini, hətta evlənmək istədiyini bildirib.

Olke.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!