Xankəndidəki qondarma rejimin "Milli Təhlükəsizlik Xidməti" iki nəfəri həbs edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına məlumat verilib.
Məlumata görə, saxlanılanlar Azərbaycan Respublikası xüsusi xidmət orqanlarının nümayəndələrinə məxfi və tam məxfi məlumatları ötürməkdə ittiham olunublar.
Göndərilən məlumatlar sırasında "iqtisadiyyat", "blokada şəraitində həyata keçirilən sosial proqramlar", "hökumətin tərkibində dəyişikliklər", "prezident fərmanları" və digərləri var.
Telegram kanalımız