Xankəndidə erməni separatçıların hərbi hazırlığı - Video

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə erməni separatçıların hərbi hazırlığı - Video

Siyasət

30 Aprel 2023 15:57 3347


Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində məskunlaşan erməni separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, ermənilərin yaydığı video Xankəndi şəhərinin cənub-qərbində yerləşən qanunsuz silahlıların “hərbi hissəsi”nin ərazisində lentə alınıb.

“Land Of Fire” kanalının məlumatına görə, ərazi Azərbaycan Ordusunun Şuşa şəhərindəki mövqelərinin 5 km şimalında yerləşir.

Hərbi hazırlıq kursunun koordinatları: 39°48'46.18"N 46°44'45.94"E


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!