Xankəndidə nə qədər erməni qalıb?  -   Gündə 3 dəfə pulsuz yemək, isti geyim...

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə nə qədər erməni qalıb? - Gündə 3 dəfə pulsuz yemək, isti geyim...

Rəsmi

13 Oktyabr 2023 10:12 23346


Hazırda Xankəndidə 30 nəfərə yaxın erməniəsilli şəxs yaşayır. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə qəzetin Xankəndidə olan mənbələri məlumat verib.

Erməni nəşri yazır ki, bu şəxslər, əsasən, xəstə, qoca və kimsəsizlərdir. Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin gəlişindən sonra onların sayı bir qədər də artıb. Xankədidə yaşayan ermənilərə münasibətdə heç bir insident baş verməyib. Onların hüquqları qorunur, Qarabağda yaşamaları üçün sosial layihələr həyata keçirilir. 

Qəzet bildirib ki, hazırda Azərbaycan polisi şəhərdə patrul fəaliyyəti keçirməkdə davam edir. 

Hazırda Xanləndidə yaşayan ermənilər üçün sığınacaq təşkil olunub. Onlar gündə 3 dəfə pulsuz yemək və isti geyimlə təmin olunurlar. 

Qeyd edək ki, erməni KİV-inin erməni əhalisinin sayı ilə bağlı iddiası həqiqətə uyğun deyil. Azərbaycan tərəfi hazırda Qarabağda 1500-dən çox erməninin qaldığını və onların bir çoxunun könüllü əsaslarla Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdiyini açıqlayıb. Bu rəqəmin daha da artacağı gözlənilir. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İbrahin
    Tüpürüm bu dünyanın ədalətinə qan tökəy torpağ alay qazilər haqsızlıgdan özdərin yandırsin biz erməniyə pulsuz yemək geyim verəy
    3 years ago
  • Rəşad
    Bir bu çatmırdı.onların aldığı nəfəs belə haramdır.haram xoşları olsun.
    3 years ago
  • Ruslan
    Humanistlik bizə qalıb,ilanın ağına da lənət qarasına da.
    3 years ago
  • Rahilə
    Başa düşmürəm erməniləri deyirlər qalsın,yaxşı yemək-içməyini verib,isti yorgan döşəkdə bəsləmək nədi,niyə özümüzü bu qədər alçaldırsınız?canı çıxsın bizimkilər necə yaşayır,elə də yaşasınlar.Mən hirsimnən belə məlumatları oxuya bilmirəm.
    3 years ago
  • Gulnar
    Azerbaycan milletinin da kasiblarina arada isti yeyecek paylayan olsaydi
    3 years ago