Xankəndidəki erməni “meriya”sı Kəlbəcərin kəndində yay düşərgəsi təşkil etdi... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidəki erməni “meriya”sı Kəlbəcərin kəndində yay düşərgəsi təşkil etdi... - Foto

Rəsmi

16 İyul 2021 22:08 7610


Bu gün – iyulun 16-da Azərbaycan Respublikasının Kəlbəcər rayonunun hələ də Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Vəng kəndində  erməni gənclər üçün yay düşərgəsi təşkil edilib. 

Yenisabah.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, tədbir  Xankəndidəki qanunsuz erməni “meriyası”nın təşəbbüsü ilə icra edilib.  Düşərgə üç gün davam edəcək. Bu müddət ərzində gəzintilər, oyunlar, mahnılar, rəqslər və müsabiqələr planlaşdırılır.

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!