Xankəndidən çıxan erməni tibb bacısı İrəvanda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidən çıxan erməni tibb bacısı İrəvanda saxlanıldı

Hadisə

16 Dekabr 2024 09:40 1384


İşğal müddətində Xankəndidəki “mərkəzi xəstəxana”da çalışmış erməni tibb bacısı Rusiyadan Ermənistana qayıdarkən İrəvanın “Zvartnots” hava limanında saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni vəkil Roman Yeritsyan məlumat yayıb.

Qadının 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra İrəvana köçdüyü, buradan isə Rusiyaya gedərək  birdəfəlik Moskvaya yerləşdiyi bildirilir. Məlumata görə, o, yaxınının dəfn mərasimində iştirak üçün Ermənistana qayıdıb. Lakin hava limanında polislər tərəfindən saxlanılıb.

Vəkilin sözlərinə görə, tibb bacısı ötən il Ermənistanda hökumət əleyhinə keçirilən aksiyalarda fəal iştirak edib. Bu səbəbdən onun ölkəyə daxil olduğu an həbs olunması tapşırığı verilib.

Qadının təxminən 3 saat nəzarətdə saxlanıldığı, hazırda Ermənistan İstintaq Komitəsində barəsində araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, eyni gündə Rusiyadan Ermənistana gələn məşhur erməni politoloq Andranik Mihran da hava limanında qalıb, ölkəyə buraxılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!