Nazirlər Kabinetinin təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu Təhsildə Keyfiyyət Təminatı Agentliyində aparılıb.
Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 11:00-da və 14:00-da olmaqla 2 növbədə keçirilib və 1 saat davam edib. pizza mizza
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 286 nəfərdən 25 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 104 nəfər müvəffəqiyyət əldə edib.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 və 3 avqust 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidirlər.
Telegram kanalımız