Ermənistan ordusunun kapitanı həbs olunub.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
MTX-dən bildirilib ki, saxlanılan hərbçi 2021-ci ildən xarici kəşfiyyatın nəfinə casusluq edib. Erməni zabit məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə ittiham olunur.
Saxlanılan hərbçinin kimliyi və hadisənin detalları Ermənistan MTX tərəfindən ictimaiyyətə açıqlanmayıb.
Telegram kanalımız