Xarici mediada ölkəmizlə bağlı pozitiv məqalə
21 May 2020 16:05
229

Xarici mediada ölkəmizlə bağlı pozitiv məqalə

CNS News mətbu orqanında ölkəmizlə bağlı çoxsaylı müsbət məqalələrin müəllifi jurnalist Ceykob Kamarasın müəllifliyi ilə “Azerbaijan’s Grand Prix Transcends Sports, Speaks to Religious Freedom” adlı məqalə dərc edilib.

“Yeni Sabah” xəbər verir ki, məqalə son illər ölkəmizin uğurla ev sahibliyi etdiyi Formula1 yarışlarının məhz Ramazan bayramı ərəfəsində keçirilməsini Azərbaycanda olan dini azadlıq ilə əlaqələndirib.

Müəllif qeyd edir ki, əhalisinin 90 faizinin müsəlmanlardan ibarət olan Azərbaycanda hakimiyyətin dövlət və din arasında uyğun qurulması sayəsində dini azadlığın ən gözəl mənzərəsinə rast gəlmək mümkündür. Müəllif Azərbaycan Qran Prisinin yalnız simvolik səciyyə daşımadığını, sülh və birlik rəmzinə çevrildiyini qeyd edir.

Oxşar xəbərlər