Türkiyənin Ali Seçki Şurası (YSK) mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu üçün xarici ölkələrdə və gömrük məntəqələrində verilən səslərin ümumi sayını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, qeydə alınan seçicilərin sayı 1 milyon 351 min 413 nəfərə çatıb. Onlardan 1 milyon 282 min 802 nəfər xarici nümayəndəliklərdə, 68 min 611 nəfər isə gömrükdə səs verib.
Xaricdəki nümayəndəliklərdə səsvermə mayın 24-də başa çatacaq. Gömrükdə isə mayın 28-i Türkiyə vaxtilə saat 17.00-dək davam edəcək. Marqarita pizza
Telegram kanalımız