Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu göstərici illik müqayisədə 1,07% artıb. Toyuqlu pizza
Sözügedən dövr üzrə ixracın həcmi 16 milyard 320.24 milyon dollar, idxalın həcmi isə 8 milyard 341.11 milyon dollara bərabər olub.
Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 7 milyard 979.13 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Telegram kanalımız