Xaricilərlə evlənənlərin sayı azalıb

saytların hazırlanması

Evə çatdırılma

Xaricilərlə evlənənlərin sayı azalıb

Sosial

01 Fevral 2019 12:51 1107


Əcnəbilərlə nikah bağlayan və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı azalıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu göstərici 2017-ci ildə 2429 olub.

Bununla yanaşı, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub. Dominos pizza

Qeyd edək ki, son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər. Son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər isə əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!