Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq. Dördpendirli pizza
Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.
Telegram kanalımız