Xərçəngin müalicəsi tapılacaq, dünya yeni təhlükə ilə üz-üzə qalacaq- 2024 

saytların hazırlanması

Evə çatdırılma

Xərçəngin müalicəsi tapılacaq, dünya yeni təhlükə ilə üz-üzə qalacaq- 2024 

Dünya

19 Oktyabr 2023 12:46 693


Öncəgörücülüyü ilə dünyanın ən tanınmış kahinlərindən biri olan Vanqanın 2024-cü illə bağlı proqnozları gündəmə gəlib.

BAKU.WS xarixi KİV-ə istinadən xəbər verir ki, Vanqanın fikrincə, 2024-cü ildə qlobal iqtisadiyyata təsir edəcək böyük iqtisadi böhran olacaq.

Bu böhrana borc səviyyəsinin artması, geosiyasi gərginlik və iqtisadi gücün Qərbdən Şərqə keçməsi kimi bir çox amillər səbəb olacaq.

O, xərçəngin möcüzəvi müalicəsinin tapılacağını və bəşəriyyətin nəhayət bu dəhşətli xəstəlikdən xilas olacağını proqnozlaşdırıb.

Qlobal istiləşmənin təsiri ilə 2024-cü ildə qorxunc hava hadisələri və təbii fəlakətlər baş verəcək. Bu hadisələrdə böyük can itkiləri olacağını təxmin edən Vanqa, Sakit okean sahili bölgəsində ciddi dağıntılara və can itkisinə səbəb olacaq böyük bir zəlzələnin olacağını da bildirib.

Və bəşəriyyət yaxın 200 ildə yadplanetlilərlə təmasda olacaq.

Vanqa xəbərdarlıq etdi ki, "qüdrətli əjdaha" planeti ələ keçirəcək və üç nəhəng - ola bilsin ki, Rusiya, Çin və Hindistan birləşəcək. O, hətta üzərində 100, 5 və çoxlu sıfır rəqəmləri olan qırmızı sikkənin bütün dünyada istifadə olunacağını proqnozlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!