“Bəlkə də indiki gənclər bilmir - sovet dövründə "pripiska" deyilən yalan üsulu vardı. Pripiska - istehsalla bağlı rəqəmləri şişirtmək, bu yolla da həm yaxşı işlədiyini göstərmək, həm də dövlətdən əlavə vəsait qoparmaq məqsədi daşıyırdı”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın keçmiş Xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə yazıb. O, bildirib ki, İkinci Qarabağ müharibəsinin erməni tərəfdən quraşdırılan tarixi də başdan-başa pripiskadır.
“İddia olunur ki, "Azərbaycanın nəzarətinə keçən ərazilərdə" 2000-dən çox erməni tarixi abidəsi qalıb (görünür, apara bilmədikləri unitazları da bura daxil ediblər). Guya onların arasında 122 kilsə, 52 qala, 13 monastır kompleksi, 523 xaçkar var. pizza mizza
Yeri gəlmişkən, Kəlbəcərdə aşkara çıxarılan sexdə "tarixi abidə" dedikləri xaç daşının necə hazırlanıb "qədimləşdirildiyini" gördük. Cəbrayıldakı gülünc daxmanın timsalında "tarixi abidə" dedikləri 2-3 il əvvəl qondarılan kilsənin nə demək olduğunu da gördük.
Amma nə qədər fikirləşirsən, bu iki min abidənin harada olduğunu təsəvvür edə bilmirsən. Görünür, hayların yaşadıqları uçuq-sökük daxmalar başdan-başa hansısa uydurma Tiqranın, yad Trdatın dövründən qalmış "abidələr" imiş...
Yenə "Azərbaycanın nəzarətinə keçən ərazilərdəki" 12 muzeydə qalmış 20 mindən çox eksponatın taleyində “ narahatlıq” ifadə olunur. Pah atonnan!
Sən demə hər erməni kəndi Luvr, ya da Ermitaj imiş ki! Və yəqin hər şagird dəftəri də qiymətli eksponat sayılırmış. Xəstə təfəkkürün pripiskası da belə olur. Ayrı necə ola bilərdi ki?”.
Telegram kanalımız