“Xəstəxanalar dolub-daşır, yatmağa yer yoxdur”  – İtaliyalı aparıcı
25 Mart 2020 14:54
273

“Xəstəxanalar dolub-daşır, yatmağa yer yoxdur” – İtaliyalı aparıcı

“Səhər açılandan gecə yarısına kimi küçələrdə ancaq təcili tibbi yardım maşınlarının səsi eşidilir. Xəstəxanalar dolub-daşır, səhiyyə müəssisələrinə üz tutan insanlar yatmağa yer tapmırlar. Çox narahatam”.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri məşhur italiyalı teleaparıcı Diletta Leotta deyib. Leotta səhhətinin normal olduğunu, özünü yaxşı hiss etdiyini bildirib: “Xəstəxanaya getməyə ehtiyac duymuram. Yaxşıyam. Günümü evdə keçirirəm. Yemək bişirir, kitab oxuyur, televizora baxıram. Sizə də bunu tövsiyə edirəm. Nəyin bahasına olursa-olsun, evdə qalın, çölə çıxmayın”.

Məşhur aparıcı gələcəklə bağlı bədin olduğunu gizlətməyib: “Bu bəladan tezliklə qurtulacağımıza inamım yoxdur”.

 

 

Oxşar xəbərlər