"İstənilən daxili təlatüm dövlətçiliyimiz üçün, bir millət olaraq bizim üçün ölümcül təhlükədir. Bu, Rusiyaya, xalqımıza zərbədir. Vətəni belə bir təhlükədən qorumaq üçün hərəkətlərimiz sərt olacaq. Xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı üsyan hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı qaçılmaz cəzalarını çəkəcək, həm qanun qarşısında, həm də xalqımız qarşısında cavab verəcəklər".
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezoidenti Vladimir Putin Rusiya xalqına, Silahlı Qüvvələrə və hüquq-mühafizə orqanlarına müraciətində deyib.
O əlavə edib: "Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilir. Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Vəziyyət ağır olaraq qalır, əslində, mülki və hərbi hakimiyyət orqanlarının işi əngəllənir. pizza sifarişi
Mən Rusiyanın Prezidenti və Ali Baş Komandan kimi, Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.
Hərbi üsyanı təşkil edən və hazırlayan, silahdaşlarına qarşı silah qaldıran kəslər Rusiyaya xəyanət etdi. Onlar buna görə cavab verəcəklər. Mən isə bu cinayətə sürüklənənləri ölümcül və faciəvi, bənzərsiz səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram.
İnanıram ki, özümüz üçün əziz, müqəddəs olanı qoruyub qoruyub saxlayacaq, Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq, daha da güclənəcəyik".
Telegram kanalımız