“Xeyir ola?” – Xalq artisti bu dəfə tam fərqli üslubda göründü   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Xeyir ola?” – Xalq artisti bu dəfə tam fərqli üslubda göründü + VİDEO

Şou

22 İyul 2025 09:43 499


Xalq artisti Brilliant Dadaşova və müğənni El Şahin yeni musiqi layihəsi ilə çıxış ediblər.

Yenisabah.az xəbər verir ki, sənətçilər “Xeyir ola” adlı dueti dinləyicilərin ixtiyarına veriblər. Mahnı artıq müxtəlif platformalarda təqdim olunub və izləyicilər tərəfindən maraqla qarşılanıb.

Layihənin söz və musiqisi tanınmış bəstəkar Qiyas Elşənə məxsusdur. Müasir pop üslubunda ərsəyə gələn ifa həm melodik quruluşu, həm də emosional təqdimatı ilə seçilir. Sezar pizza

Qeyd edək ki, bu, Brilliant Dadaşova və El Şahinin ilk birgə layihəsi deyil. Daha öncə də bir neçə səhnə çıxışında birlikdə görünən sənətçilərin əməkdaşlığı hər zaman musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!