Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatacaq

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatacaq

Sosial

02 Fevral 2026 16:20 395


Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32-34 m/s-dək güclənəcəyi gözlənilir. pizza

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!