16 Avqust - 12:04
“Xəzəri hasarlayıb balığı da satır, kürüsünü də...” - ETİRAZ

“Xəzəri hasarlayıb balığı da satır, kürüsünü də...” - ETİRAZ

Sosial

25 İyun 2022 12:50 2261


Ötən gün Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın siyasi partiya təmsilçisi işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Onlar minatəmiziləmə işləri ilə maraqlanaraq, Həkəri çayına xeyli miqdarda kiçik balıq buraxıblar. 

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında səfəriin yüksək səviyyədə keçdiyini deyib: “İlk dəfə görürdüm ki, işğaldan azad olunmuş ərazilərdə bu dərəcədə yüksək səviyyəli quruculuq işləri gedir. Yol çəkilişi, yeni dəmiryolunun inşası, yeni qəsəbələrin salınması insanı xoşbəxt edir. Bizi yeni salınmış “Ağıllı kənd”ə apardılar və burada yüksək səviyyədə quruculuq işlərinin aparıldığını öz gözlərimizlə gördük. Mən belə layihələri Almaniyada görmüşdüm və Azərbaycanda da belə layihələrin olması məni çox sevindirdi”. 

18 il balıqçılıq sahəsində işlədiyini xatırladan siyasətçi deyib ki, bu sahənin inkişafına xüsusi diqqət ayrılmalıdır: “Azərbaycanda balıqçılıq sahəsinin inkişaf etdirilməsində böyük rolum olub. Mənim vaxtımda Göygöldə, Zaqatalada, Şəkidə və bir çox başqa rayonlarımızda yeni zavodlar, fabriklər tikildi. Hazırda Azərbaycanın dövlət büdcəsinin 30-40%-ni balıq sahəsindən gələn gəlirlə təmin etmək olar. Azərbaycanda dünya miqyasında dəyərli olan bir çox balıq növləri - farel, nərə balığı, sazanı və.s var. Bu balıqlarla Azərbaycan bazarında bolluq və qiymətlərin ucuzlaşmasına zəmin yaratmaq olar. Bəzi oliqarxlar, məmurlar var ki, dənizin bir tərəfin hasarlayıb balığı da satır, kürünü də. Bu adamlar özləri üçün biznes sahəsi yaradaraq, balıq bazarında süni bahalaşmaya səbəb olurlar. Mən hər zaman dənizin özəlləşdirilməsinin əleyhinə olmuşam. Öz təcrübələrimə arxalanaraq bildirmək istəyirəm ki, əgər belə halların aradan qaldırılmasını istəyiriksə, bunun üçün xüsusi dövlət  qurumu yaradılmalıdır". 

NƏSİMİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!