Xəzərin Qazaxıstan sahillərində mindən çox ölü suiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin Qazaxıstan sahillərində mindən çox ölü suiti tapıldı

Dünya

14 Noyabr 2024 17:46 520


Qazaxıstanın Xəzər dənizinin sahilində yerləşən Manqistau vilayətində oktyabrın 24-dən noyabrın 13-dək 1034 ölü suiti aşkar edilib.

Yenisabah.az xəbər verir ki, suitiləri Rayonlararası Hövzə Balıqçılıq Müfəttişliyinin mütəxəssisləri aşkar ediblər.

Ölü heyvanların toxumaların alaboratoriya araşdırmasına göndərilib. Qazaxıstanın Balıqçılıq Komitəsi suitilərin "təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində təbii qazların emissiyası" ola biləcəyini istisna etmir.

Yekun nəticələr 4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra bilinəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!