Xəzərin səviyyəsi 114 sm aşağı düşüb 

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin səviyyəsi 114 sm aşağı düşüb 

Sosial

20 Oktyabr 2023 17:47 551


Son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb. 

Yenisabah.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. 

O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir:  Toyuqlu pizza

"Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ ilə bağlı konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans keçiriləcək. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!