Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır

Siyasət

09 Oktyabr 2026 15:24 84


Türkmənbaşı şəhərindəki "Avaza" Milli Turizm Zonasında keçirilmiş Xəzər Ekoloji Sammitində iştirak edib.

"Yeni Sabah" xəbər verir ki, tədbirin nəticəsi olaraq, Xəzər Ekoloji Sammitinin yekunlarına dair Xəzəryanı Dövlətlərin Başçılarının Qərarı imzalanıb.

Qərarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın prezidentlərinin Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı problemlərin həlli üçün beştərəfli əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə aşağıdakılara dair qərar qəbul etdikləri bildirilir: pizza sifarişi

- Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkmənistanın hökumət başçılarının müavinləri, İran İslam Respublikasının və Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsi.

- Komissiyanın əsas məqsədi Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin müəyyənləşdirilməsini, habelə onun dayazlaşmasının yaratdığı mənfi proseslərə qarşı mübarizə üzrə razılaşdırılmış kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməkdir.

- Komissiya tərəfindən öz fəaliyyətinin təmin edilməsi məqsədilə Xəzəryanı ölkələrin dövlət qurumlarının nümayəndələrinin, ekspertlərinin və mütəxəssislərinin də daxil olduğu zəruri ixtisaslaşmış İşçi qruplarının yaradılması.

- Hökumətlər tərəfindən üç ay müddətində sözügedən Komissiyada dövlətləri təmsil edəcək səlahiyyətli nümayəndələrin müəyyən edilməsi. Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycan Respublikasında keçirilməsi və onun reqlamentinin təsdiq edilməsi.

- Sonrakı iclasların Xəzəryanı dövlətlərin ərazilərində ingilis əlifbasının sıralanma qaydasına uyğun olaraq növbə ilə keçirilməsi.

Sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. 29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!