Xidmət yoldaşını öldürən erməni hərbçi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Xidmət yoldaşını öldürən erməni hərbçi həbs olundu

Hadisə

17 Sentyabr 2021 23:55 734


Ermənistan ordusunun hərbi qulluqçusu Mkrtiç Hovakimyanın ölümündə ittiham edilən hərbçi həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaq zamanı hadisənin təfərrüatları məlum olub, eləcə də eyni hərbi hissənin hərbçisi olduğu bildirilən cinayətkarın kimliyi ortaya çıxıb.

Qeyd edək ki, hadisə sentyabrın 13-də Ermənistanın cənub-şərqindəki hərbi hissədə baş verib. Hovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb və sonradan ölüb. Hadisə təlim zamanı baş verib. Nəticədə daha bir hərbçi yaralanıb./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!