Xilasedicilərimizin sonuncu qrupu Türkiyədən qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Xilasedicilərimizin sonuncu qrupu Türkiyədən qayıdır

Maraqlı

08 Mart 2023 12:04 677


Türkiyədə baş verən zəlzələ ilə əlaqələr qardaş ölkəyə göndərilən Azərbaycanın 760 axtarış-xilasetmə heyətinin sonuncu qrupu Bakıya yola salınıb. 

Yenisabah.az xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

Kahramanmaraşda qalan 224 xilasedicinin yola salınma mərasimi keçirilib. pizza mizza

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov agentliyə bildirib ki, azərbaycanlı xilasedicilər 53 nəfəri dağıntılar altından sağ çıxarıb.

"Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq", - general deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!